Gömrük komitəsi deputatın şirkətinə protokol yazdı
Dövlət Gömrük Komitəsi (DGK) “Embawood” şirkəti barəsində inzibati iş başlayıb.
Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və hakim Rauf Daşdərmirovun icraatına verilib.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
"Embawood” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 3250 manatdır. Şirkətin qanuni təmsilçisi Abbasov Elşad İnşalla oğludur.
Şirkətdə əsas pay sahiblərindən biri də deputat Məşhur Məmmədovdur. Deputat haqqında bioqrafik məlumatlarda onun "Embawood” şirkətinin təsisçisi olduğu qeyd edilib.
Məşhur Məmmədovla Elşad Abbasov həm də "Emba Finans” QSC-nin əsas səhmdarlarıdır.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay