Rusiya şirkəti "Euroclear"a qarşı milyonlarla dollarlıq məhkəmədə qalib gəldi
Moskva Arbitraj Məhkəməsi "Rostselmash"ın "Euroclear"a qarşı iddiasını təmin edib. Avropa depozitarından 20,72 milyon dollar geri alınıb.
Valyuta.az xəbər verir ki, bu barədə məhkəmə qərarının dərc olunmuş əməliyyat hissəsindən məlum olur.
"Rostselmash" "Euroclear"ı 2023-cü ilin iyulunda məhkəməyə verib. Kənd təsərrüfatı avadanlığı istehsalçısı Rusiyada depozitariyə qarşı iddia qaldıran ilk qeyri-maliyyə şirkəti olub.
Rusiya arbitraj məhkəmələrində Avropanın "Euroclear" və "Clearstream" depozitarlarına qarşı iddiaların ümumi məbləği artıq 700 milyard rubla yaxınlaşıb.
Ötən ayın sonunda VTB-nin maliyyə institutunun hesabında bankın vəsaitlərinin bloklanması ilə əlaqədar "Euroclear"dan təxminən 38 milyon dollar geri almaq planları barədə məlum olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay