Təhlükəsizlik şirkətinin anbarından 30 milyon dollar oğurladılar
ABŞ-da film kimi oğurluq hadisəsi baş verib.
Valyuta.az xəbər verir ki, oğrular bir mühafizə şirkətinin binasından 30 milyon dollar nağd pul aparıb. Bazar günü Kaliforniyanın Los-Anceles şəhərində baş verən hadisədə "GardaWorld" adlı təhlükəsizlik şirkətinin pul anbarı kimi istifadə edilən binadakı seyfdəki bütün pullar oğurlanıb.
Şəhərin Polis Departamentindən verilən açıqlamada (LAPD) oğruların seyfin yerləşdiyi əraziyə məcburi daxil olmasına dair heç bir dəlil olmadığını bildirilib. Ümumiyyətlə onların binaya necə daxil olduqları hələlik müəyyənləşməyib. Polis əməkdaşları oğruların binanın damından girərək seyfin qoyulduğu əraziyə çata biləcəyini düşünürlər. O da qeyd olunub ki, quldurlar heç bir mühafizə və siqnalizasiya sisteminə yaxalanmayıb. Pulların oğurlandığı isə seyf açılandan sonra məlum olub. Polisin məlumatına görə, şirkətdə çox az adam seyfin yeri və içərisində saxlanan pulun miqdarı barədə hər hansı məlumata malik olub. Oğruların yerinin və şəxsiyyətinin hələ müəyyənləşdirilmədiyi və axtarışların davam etdiyi, həmçinin hadisənin Los-Anceles tarixində ən böyük pul oğurluqlarından biri olduğu bildirilib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay