"Intel" Rusiyadakı ən böyük ofisini satdı
Amerikanın "Intel" korporasiyası Nijni Novqorodda yerləşən Rusiyadakı ən böyük ofisini satıb.
Valyuta.az xəbər verir ki, TASS bu barədə şirkətin Rusiya Federasiyasındakı hüquqi şəxslərindən birinin hesabatına istinadən yazıb.
Şirkət uzun müddətdir ki, regional ofis üçün alıcı axtarırdı. Lakin korporasiyanın daşınmaz əmlakını kimin aldığı məlum deyil.
Müqavilə 2024-cü ilin yanvarında tamamlanıb. Satılan əmlaklara bina və torpaq daxildir.
Agentlik qeyd edir ki, 2023-cü ilin sonunda "Intel"in Rusiya ofisində cəmi iki nəfər işləyirdi. Əvvəllər korporasiyada 1,2 min işçi olub.
2023-cü ilin birinci rübündə (yanvar-mart) "Intel"in gəliri 36% azalaraq 11,7 milyard dollar təşkil edib. Hesabat dövründəki xalis zərər 2022-ci ilin yanvar-mart ayları üzrə 8,1 milyard dollar mənfəətlə müqayisədə 2,8 milyard dollar təşkil edib. Qeydə alınmış itki korporasiya tarixində ən böyük itki olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay