Ruslar ikinci vətəndaşlıq üçün Türkiyədə daşınmaz əmlak alır
Ruslar ikinci vətəndaşlıq almaq üçün Türkiyədə daşınmaz əmlak almaqda fəallaşıblar.
Valyuta.az xəbər verir ki, bunu “GARANT IN” şirkətinin rəhbəri (immiqrasiya məsələləri üzrə ixtisaslaşmış) Andrey Boyko ura.ru-ya bildirib.
"Türk pasportu, məsələn, Qrenada ilə müqayisə etsək, nə Avropa İttifaqı, nə Böyük Britaniya, nə də Çinlə vizasız rejim təmin etmir. Amma ölkənin öz üstünlükləri var", deyə ekspert qeyd edib.
O sadalayır ki, birincisi, ruslar Türkiyəni yaxşı tanıyır. İkincisi, Türkiyə mənzilləri kifayət qədər likvid daşınmaz əmlakdır. Nəhayət, yerli pasportla ruslar Avropada iş görmək imkanına malikdirlər, çünki yaşayış yeri və ikinci vətəndaşlığı ilə yanaşı, bir şəxs pasport, ünvan, yaşayış yerinin sübutu, vergi identifikatoru (fərdi vergi ödəyicisinin identifikasiya nömrəsi) və bank hesabı alır.
Hazırda Türkiyədə vətəndaşlıq almaq üçün 400 min dollara daşınmaz əmlak almaq lazımdır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay