İŞİD məğlub oldu, Körfəz ölkələri İraqa milyardlarla dollar investisiya qoymağa başladı
Körfəz ölkələri İŞİD terror qruplaşmasının məğlubiyyətindən sonra İraqda sabitliyin bərpası fonunda ölkədə investisiya fəaliyyətini gücləndirib.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Nəşr yazır ki, Səudiyyə, Qətər və Birləşmiş Ərəb Əmirlikləri kapitalının ümumi investisiyaları artıq 10 milyard dolları ötüb.
Səudiyyə Ərəbistanı öz suveren fondu vasitəsilə İraqdakı investisiya layihələrinə 3 milyard dollar ayırdığını açıqlayıb. Qətərli iş adamı Mutaz Əl-Həyat yaşayış şəhərləri, otellər və xəstəxanaların tikintisinə 7 milyard dollar sərmayə qoyur. Nəşr yazır ki, "Emirates Crescent Petroleum" qaz yataqlarının işlənməsi üçün 3 milyard dollarlıq müqavilələr imzalayıb.
“İraq böyük potensiala malik böyük ölkədir. Onlar isə qonşu ərəb ölkələrindən daha yaxşı tərəfdaş tapa bilmirlər", deyə Dubay Ticarət və Sənaye Palatasının rəhbəri Əbdül Əziz Əl Ghurair bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin birinci yarısında Əmirlik şirkətlərinin İraqa ixracı 96% artıb.
Körfəz ölkələrindən kapital axını 2017-ci ildə İŞİD üzərində qələbədən sonra İraqda vəziyyətin normallaşması ilə bağlıdır. Ölkə onilliklər boyu davam edən müharibə və qeyri-sabitlik səbəbindən xarici investisiyalardan məhrumdur.
"İraqa getməyin vaxtı çatıb. Ölkə sakitdir, hökumət irimiqyaslı layihələr həyata keçirməyə qadirdir", deyə Əl-Xəyyat izah edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay