BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
45559

Dünyanın ən yaxşı futbolçularından olan Kilian Mbappenin yüksək performansının sirri açılıb. 

Valyuta.az xəbər verir ki, fransız ulduzun uğurunun sirlərindən biri onun mətbəxindədir… 

Mbappenin Fransadakı macərası bitmək üzrədir. PSJ-dən ayrıldığını elan etdikdən sonra onun adı daha çox Madrid “Real”ı ilə yanaşı çəkilir. Hətta 25 yaşlı futbolçunun müqavilə detallarının müəyyən hissəsinə də aydınlıq gəldiyi deyilir. İspan mətbuatında yer alan xəbərlərə görə, hazırkı qiyməti 180 milyon avro olan fransalı futbolçuya Madrid klubunda illik 14, imza haqqı olaraq da 40 milyon avro veriləcək. “Real”ın azarkeşləri dünyanın ən yaxşı futbolçularından birinin gəlişini səbirsizliklə gözləyirlər. Amma onun möhtəşəm performansı təsadüfi deyil. Mbappenin idmandakı uğurlarının arxasında məşqlərlə yanaşı qidalanma da dayanır.

O, formasını qorumaq üçün ciddi pəhriz saxlayır. Karbohidratlar və zülallarla zəngin, balanslaşdırılmış pəhrizə riayət edir, gündə bir neçə dəfə qidalanır. Makaronla yanaşı, qızılbalıq onun sevimli yeməyidir və bu, əzələləri gücləndirmək üçün əlavədir. Çünki qızılbalıq zülal və “Omeqa-3” yağları, həmçinin vitamin və minerallarla zəngindir.

Onun “qida açarlarından” biri şəkər kimi müəyyən məhsullardan tamamilə imtina və hər kəsin ərzaq mağazasından ala biləcəyi əsas qidadan - yulafdan faydalanmasıdır. 

Superqidalar - köklərdən, toxumlardan, meyvələrdən və yosunlardan əldə edilən, əsas qida maddələrinin yüksək konsentrasiyasını özündə cəmləşdirən, asanlıqla mənimsənilən və gündə bir neçə qram qəbul etməklə fayda verən təbii qidalardır. Onlar həm hazırlıq mərhələsində (əzələlərin və ya sümüklərin ideal vəziyyəti), həm də məşq, matçlar və daha sonra bərpa prosesində əsasdır. Nar və ya dəniz yosunu antioksidant, idman performansını artırmaq və ya lipid (yağ) mübadiləsini yaxşılaşdırmaq qabiliyyətinə görə elm tərəfindən təsdiqlənib. Ancaq Mbappe də daxil olmaqla bir çox idmançının gündəlik pəhrizinin bir hissəsinə çevrilmiş və təkcə sağlamlıq deyil, həm də fiziki fəaliyyət üçün böyük müttəfiq olan daha çox yayılmış superqidalar var. 

Yulaf çoxlu enerji verdiyi üçün idmançıların vacib qidasına çevrilib. Bir çox elmi araşdırmalar göstərir ki, yulaf qida tərkibinə görə hər bir idmançı üçün incidir. Kompleks karbohidratlar, lif, doymamış yağlar və mikroelementlər yulafın qida tərkibinin bir hissəsidir. Həm də çox miqdarda protein və aşağı qlisemik indeks ehtiva edir. Bundan əlavə, yulaf kalium, maqnezium, kalsium və fosfor kimi idmançılar üçün vacib olan mineralları özündə cəmləşdirir. Bunlar əzələlərə və sinir-əzələ funksiyasına müsbət təsir göstərir. O, həm də enerji artıran vitaminlərin daşıyıcısıdır. Tərkibində xüsusilə, karbohidrat mübadiləsi üçün vacib olan və atletik performansa yaxşı təsir edən B5 və B1 vitaminləri mövcuddur.

Yulafın möcüzəvi xüsusiyyətləri:

 Arıqlamağa kömək edir

Yulaf yemək sizi arıqlatmasa da aclıq hiss etdirmir və insanı daha uzun müddət tox saxlayır.

Enerji verir

Yulafın əsas xüsusiyyətlərindən biri də kalium, maqnezium, kalsium və fosfor kimi idmançılar üçün lazım olan minerallara malik olmasıdır. Əzələlərə təsiri müsbətdir, həmçinin gündəlik işləri yerinə yetirmək üçün sizə lazım olan enerjini və vitaminləri verir. 

Qanda şəkəri aşağı salır

Yulafın başqa bir faydası odur ki, qanda şəkəri aşağı salmağa kömək edir. Onun istehlakı ürək-damar xəstəliklərinin, diabetin qarşısının alınması və qan təzyiqinin tənzimlənməsi üçün idealdır.

Xolesterolu tənzimləyir

Beta-qlükanlar sayəsində yulaf trigliserid səviyyələrini və pis xolesterolu (LDL) azaltmaq üçün faydalıdır. Bundan əlavə, tərkibindəki “Oomeqa-3” və linoleik turşusu (yaxşı keyfiyyətli yağ) yaxşı xolesterolu artırır.

Keyfiyyətli protein mənbəyi

Bu, ucuz protein mənbəyidir və tərkibi liflərlə zəngindir. Bitki mənşəli protein mənbəyi, vitamin və minerallarla zəngin olduğuna görə vegetarianlar üçün mükəmməldir.

Əzələ ağrılarını aradan qaldırır və maddələr mübadiləsini aktivləşdirir.

Yulaf vitamin və minerallarla zəngindir. Maddələr mübadiləsini tənzimləyir və tərkibində əzələlərin rahatlamasını təmin edən vitamin B kompleksi var.  Həmçinin dərini cavan saxlayan E vitamini və sümük sağlamlığı üçün vacib olan maqnezium, kalsium, dəmir kimi antioksidanlara malikdir. Yulaf əzələ ağrılarını aradan qaldırır və bədəndəki kortizol (stress hormonu) səviyyəsini aşağı salır.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yeni güzəşt müəyyənləşir

Yarım milyard manatlıq kibercinayətkarlıqla bağlı məhkəmə: Dubaydan böyük məbləğdə pullar gətirmişdim

Son bir ildə 2 minə yaxın şəxs banklarda işləməyə başlayıb

Deputat: "Azərbaycanın yalnız sosial büdcəsi Ermənistanın ümumi büdcəsindən 67 faiz çoxdur"

İlhamə Turabovaya Milli Məclisdə yüksək vəzifə verildi - Foto

86 milyon manatı ölkəyə qaytarmadı - Həbs edildi

86 milyon manatı ölkəyə qaytarmadı - Həbs edildi

Ali Məhkəmədən mirasla bağlı mühüm qərar

"Telegram"ın CEO-su: "Bu tokenləri 10 il ərzində satmayacam"

Bu KOB subyektlərinə “Startap” şəhadətnaməsi verildi - Siyahı

BFB-nin keçmiş sədri investisiya şirkətinin rəhbərliyindən ayrılıb

4 universitetə növbəti 5 il müddətinə akkreditasiya verilib

Azərbaycanın üzüm aldığı ölkələr və marketlərdə satışı - QİYMƏTLƏR, CƏDVƏL

Azərbaycanın üzüm aldığı ölkələr və marketlərdə satışı - QİYMƏTLƏR, CƏDVƏL

Neftimiz cüzi ucuzlaşdı - Yeni qiymət

Bəzi ərazilərə qar yağıb - FAKTİKİ HAVA

“Premium Bank”ın, “Bank Avrasiya”nın, “Bank Respublika”nın qeyri-faiz gəlirləri azalıb - SİYAHI

Qızıl və gümüş bahalaşdı

Bu il sertifikasiyadan keçən müəllimlər maaş artımını aldılar

Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR, CƏDVƏL

Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR, CƏDVƏL

Şəkərli diabet xəstələrinin dərman təminatı niyə kəsilib?

Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı - Məzənnə

Varren Buffett: "Sərvətimi övladlarıma yox, insanlığa buraxıram" - SƏHƏR OXUSU

"Google"un reklam bazarındakı dominantlığına qarşı mübarizə davam edir

"Google"un reklam bazarındakı dominantlığına qarşı mübarizə davam edir

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin