BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
45540

2023-cü ildə Aqrar Sığorta Fondunun sığortaladığı əkinlərin sahəsi 2022-ci illə müqayisədə 43 % artaraq 380 476 hektara çatıb.

Valyuta.az Fonda istinadən xəbər verir ki, il ərzində fermer və təsərrüfatlarla 43 min sığorta müqaviləsi imzalanıb.

Bu müqavilələrin hesabına 12,4 milyon manat sığorta haqqı toplanılıb ki, bu da 40 % artım deməkdir. Fondun bitkiçilik üzrə verdiyi sığorta təminatının dəyəri isə 506 milyon manata yüksəlib. Ötən il ən çox sığortalanan əkin sahələri - buğda, arpa, pambıq və qarğıdalı olub.

Bundan başqa, hesabat dövründə Aqrar Sığorta Fondu 6 500 baş iribuynuzlu, 1 300 baş xırdabuynuzlu olmaqla ümumilikdə 7800 baş kənd təsərrüfatı heyvanını sığortalayıb, 3,9 milyon manat sığorta haqqı toplayıb. Heyvanların sığortası üzrə sığorta təminatının məbləği 36 milyon manat təşkil edib.

2023-cü ildə Fondun sığorta ödənişləri 2022-ci illə müqayisədə 80 % artaraq 4,4 milyon manata çatıb. Bunun 3,5 milyon manatı bitkiçiliyin, 910 min manatı heyvandarlığın payına düşüb. Bitkiçilik üzrə ödənişlər 2 dəfə, heyvandarlıq sığortası üzrə 28% artıb.

Ötən il bitkiçilik sığortası üzrə ən çox zərər ödənişi edilmiş rayonlar Ağdam, Şəki və Qobustan rayonları olub. Ən böyük məbləğdə sığorta ödənişləri - buğda, arpa, pambıq, qarğıdalı və gilas bitkiləri üzrə verilib. Ən çox baş verən və fermerlərə ödəniş edilən hadisələr fırtına-qasırğa, sel-subasma, dolu, 3-cü şəxslərin hərəkətləri və yanğın olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan daha bir ölkədən qaz idxalına başlayıb

Siqaret yenidən bahalaşdı

Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbi

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin