Haaqada 44 ölkə Rusiyaya qarşı xüsusi tribunalın yaradılmasını dəstəklədi
Çərşənbə axşamı, aprelin 2-də Haaqada 44 ölkə Ukraynaya qarşı cinayətlərə görə Rusiyaya qarşı xüsusi tribunalın yaradılmasını dəstəkləyib.
Qaynarinfo xəbər //nv.ua/world/countries/spectribunal-dlya-rf-44-strany-podderzhali-sozdanie-tribunala-dlya-rossii-za-prestupleniya-protiv-ukrainy-50406649.html verir ki, bu barədə Hollandiya hökumətinin bəyanatında deyilir.
O cümlədən, bəyannaməni Avropa İttifaqına üzv olan bir sıra ölkələrin, eləcə də Kanada, Gürcüstan, Yaponiya, Moldova, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ hökumətlərinin nümayəndələri imzalayıblar.
Konfransda ümumilikdə 57 ölkə iştirak edib.
“Biz bir daha təsdiq edirik ki, Rusiya Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinə görə cavabdeh olmalıdır. Biz beynəlxalq ictimaiyyət BMT Nizamnaməsinə əməl etməyə və Ukraynaya qarşı təcavüz cinayətinə görə cəzasız qalmağın qarşısını almağa borcluyuq”, - sənəddə deyilir.
Hollandiyanın xarici işlər naziri Hanke Bruuns Slot da vurğulayıb ki, Rusiya Ukraynaya qarşı törətdiyi cinayətlərin əvəzini ödəməlidir, digər ölkələr isə bu məqsədlərə çatmaqda Ukraynanı və BCM-ni dəstəkləməlidir.
“Hətta onların ədliyyə sistemi bu vəhşiliklərin ağırlığı altında dağılma riski ilə üzləşsə də, Ukrayna ədalət və hesabatlılıq axtarışında qətiyyətini davam etdirir. Bizim kimi. Biz günahkarların məsuliyyətə cəlb olunması üçün bütün lazımi tədbirləri görməyə hazırıq. Lazım gələrsə, beynəlxalq səviyyədə”, - deyə o bildirib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay