Rusiyanın hücumlardan sonra Ukraynada İES-lərin istehsal gücünün 80%-i itib - DTEK
Ukraynanın istilik elektrik stansiyalarına hücumlar generasiya gücünün 80%-nin itirilməsinə səbəb olub.
Valyuta.az xəbər verir ki, bu barədə yerli enerji holdinqi DTEK məlumat yayıb.
Şirkətdən verilən məlumata görə, şirkətin 6 İES-dən 5-i ciddi zədələnib və çox çətin vəziyyət yaranıb.
Zərbələr martın 22-dən 29-a kimi qeydə alınıb. Onlar Ukraynanın enerji infrastrukturunun əhəmiyyətli hissəsinin məhvinə səbəb olub.
Rusiya hərbçiləri ölkənin energetika və hərbi sənaye komplekslərinə kütləvi hücumlar həyata keçirib və bu, müxtəlif regionlarda ağır nəticələrə səbəb olub. Ukrayna milli enerji şirkətinin rəhbəri də ölkənin enerji sisteminin tarixdə ən böyük hücuma məruz qaldığını təsdiqləyib.
Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin istefada olan polkovniki Oleq Starikov müsahibəsində bildirib ki, Rusiya Ukraynanın infrastrukturuna zərbə endirməklə Ukrayna qoşunlarını strateji ehtiyatlarla təmin etmək imkanından məhrum etmək istəyir. Onun sözlərinə görə, Ukraynanın enerji obyektlərinin dağıdılması Ukrayna Silahlı Qüvvələrini cəbhə xəttinə strateji ehtiyatlar göndərmək üçün qatarlardan istifadə etmək imkanından məhrum edəcək, beləliklə, bölmələr əlavə qüvvəsiz qalacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay