Rusiya almazına qarşı sanksiyalar Hindistana ağır zərbə vurub
Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar bildirib ki, Avropa İttifaqı və G7 ölkələrinin Rusiya almazlarının idxalına mart ayından qüvvəyə minən sanksiyaları ölkənin almaz sənayesinə zərbə vurub.
Valyuta.az xəbər verir ki, bu barədə "The Economic Times" məlumat yayıb.
"Hindistan hökuməti Aİ və G7 ölkələrinin Rusiyadan kobud almaz idxalına qadağa qoyması nəticəsində yaranan problemin həllini prioritet hesab edir ki, bu da Hindistanın almaz kəsmə sənayesinə ziyan vurur", deyə diplomat vurğulayıb.
Caişankar bildirib ki, ölkə məsələ ilə bağlı kollektiv və ikitərəfli danışıqlar aparır. Yeni Dehli üçün vəziyyəti mümkün qədər tez həll etmək vacibdir.
Rusiya dünyanın ən böyük kobud almaz istehsalçısıdır. 2022-ci ildə bu məhsulun ixrac həcmi 4,7 milyard dollar həcmində qiymətləndirilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay