Gürcüstanın xalis investisiya mövqeyi mənfi düşüb - 30 milyard dollar
Gürcüstan Milli Bankının internet saytında verilən məlumata görə, 31 dekabr 2023-cü il tarixinə Gürcüstanın xalis beynəlxalq investisiya mövqeyi mənfi olub və 30 milyard dollar təşkil edir.
Valyuta.az xəbər verir ki, xalis beynəlxalq investisiya mövqeyi bir ölkənin xaricdəki rezidentlərinə məxsus aktivlərin və xarici investorların ölkədəki aktivlərinin dəyərindəki fərqdir. Beynəlxalq investisiya mövqeyi, tədiyyə balansı kimi, ölkənin digər dünya ölkələri ilə iqtisadi əlaqələrini qiymətləndirmək üçün məlumat verir.
Dördüncü rübdə bu rəqəm 663,7 milyon dollar pisləşib. Gürcüstanın xalis investisiya mövqeyinin kəsiri son dörd rüb ərzində ÜDM-in 98,3%-ni təşkil edir.
Ümumi beynəlxalq aktivlər 2023-cü ilin üçüncü rübünün sonundan 382,2 milyon dollar artaraq 15,9 milyard dollar təşkil edir.
Hesabat tarixində cəmi beynəlxalq öhdəliklər 45,9 milyard dollar təşkil edib. Öhdəliklər 2023-cü ilin üçüncü rübü ilə müqayisədə 1 milyard dollar artıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay