Qərb Rusiyadan zənginləşdirilmiş uran alışına niyə sanksiya tətbiq etmir? - Ekspert
Birləşmiş Ştatlar və Avropa ölkələri Rusiya Federasiyasından tədarükdən güclü asılı olduqları üçün Rusiya zənginləşdirilmiş uranına ticarət məhdudiyyətləri qoymur.
Valyuta.az xəbər verir ki, bunu Çin Xalq Universitetinin Çonyanq Maliyyə Tədqiqatları İnstitutunda Çin iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunmuş konfransda çıxış edən Trikontinental İctimai Araşdırmalar İnstitutunun tədqiqatçısı Marko Fernandes deyib.
"Bilirsinizmi, biz niyə heç vaxt NATO-nun Rusiya uranına qarşı sanksiyaları barədə eşitməmişik? Çünki onlar Rusiyadan asılıdır", - Fernandes deyib.
O bildirib ki, ABŞ-da istehlak edilən uranın 25%-i, Avropaya tədarük olunan uranınsa 30%-i Rusiya Federasiyasından gəlir.
Fernandes qeyd edib ki, nüvə enerjisi sənayeləşmə üçün strateji sahədir. "Çin və Rusiya bu bazarda dominantlıq edir", - o bildirib.
"Dünya zənginləşdirilmiş uran bazarının yarısı Rusiyanın, 18%-i isə Çinin payına düşür. Rusiya və Çinin birgə payına demək olar ki, 70%-i düşür, bu, dünya istehsalının üçdə ikisidir", - o vurğulayıb.
Çin Xalq Universitetinin Çonqyan Maliyyə Tədqiqatları İnstitutunda “Çinin mürəkkəb marağı: Çinin yüksək keyfiyyətli inkişafı və 2035-ci ilə qədər perspektivləri” adlı hesabat təqdim olunub. O, Çin Xalq Universitetinin Çonqyan Maliyyə Araşdırmaları İnstitutunun, “Rusiyanın Azad İqtisadiyyat Cəmiyyəti” ümumrusiya ictimai təşkilatının, Hindistan və Çinin İqtisadi və Mədəniyyət Şurasının, Çin-Amerika Əməkdaşlıq Mərkəzinin, Denver Universitetinin, eləcə də Kanada Manitoba Universitetinin Geosiyasi və İqtisadi Araşdırmalar Qrupunun tədqiqatçıları tərəfindən hazırlanıb. Hesabatın təqdimatından sonra Braziliya, Böyük Britaniya, Hindistan, Kanada, Çin və digər ölkələrdən olan ekspertlərin ÇXR-in inkişaf perspektivləri və digər iqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparıldığı konfrans keçirilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay