BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
45338

İspaniya, İtaliya, Yunanıstan və Cənubi Kaliforniyanın sahil və düzənlik bölgələrində şərab istehsalının ümumi həcminin təxminən 90 faizi iqlim dəyişikliyi ucbatından bu əsrin sonuna qədər məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Valyuta.az xəbər verir ki, bu barədə Fransanın Bordo Universitetinin alimləri “Nature Reviews Earth & Environment” jurnalında dərc olunan araşdırmada qeyd ediblər.

“Şərablar daha çox taxıl tərkibli olur və dadına görə o qədər də dəqiq ayırd edilmir. Ətirləndirici maddə daha yüksək temperaturda çox sürətlə yayılmağa başlayır. Bütün ətir palitrası dəyişir. Bundan əlavə, şərablar daha çox alkoqollu olur, çünki isti hava şəraitində yığılan üzümlərin tərkibində daha çox şəkər yaranır”, - deyə Alnarpdakı İsveç Kənd Təsərrüfatı Universitetinin meyvə istehsalı və üzümçülük üzrə elmi işçisi Lotta Nordmark bildirib. Digər problem, yazda erkən istiləşmə səbəbindən qönçə və tumurcuqlar həmişəkindən daha tez çiçək açır.

“Qönçə və tumurcuqlar erkən çiçək açır, daha sonra isə gecələr soyuq olanda, onlar donmağa başlayır. Əvvəllər bu bir neçə il aralıqlarla baş verirdi və indi fasilələrin getdikcə azaldığını görürük. Şərabçılar temperaturu artırmaq və tumurcuqları qorumaq üçün üzüm bağlarındakı sıraların arasında tonqal qalayırlar”, - deyə o izah edib.

Problemin həll yollarından biri üzüm bağlarının sərin iqlimin müşahidə olunduğu dağlıq ərazilərə köçürülməsidir. Bordo Universitetinin tədqiqatçıları Avropanın yeni əraziləri qismində İngiltərənin cənubunu, İrlandiyanı, Hollandiyanı, Belçikanı, Şimali Almaniyanı və Skandinaviyanın cənubunu ayırd edirlər.

“Artıq bu gün İsveçdə yetişdirilən üzüm beynəlxalq səviyyədə tanınır. Üzüm bağlarının əksəriyyəti Skone və Hallandda yerləşir, lakin Qotlandda və Elandın cənubunda da əkinlər var. Bununla belə, əkin işləri sahil yaxınlığında aparılmalıdır, çünki bu zaman üzümün payızda yetişməsinə şərait yaradan yığılmış suyun istiliyindən faydalanmaq mümkün olacaq”, - Lotta Nordmark qeyd edib.

©Azərtac 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Prezident Siyavuş Kərimini vəzifədən azad etdi - Yeni təyinat

Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - Siyahı

Bank sektoru 913,7 milyon manat xalis mənfəət əldə edib

İlham Mirzəliyev vəzifəsindən uzaqlaşdırılır

Azərbaycanda avtobus istehsalı üçün ƏDV və gömrük rüsumlarından azadolma tətbiq ediləcək

Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

Hesablama Palatasının saxlanması üçün 2025-ci ildə ayrılacaq vəsaitlərin istiqamətləri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin