"Fisker" avtomobillərini böyük endirimlərlə sataraq iflasa hazırlaşır
Amerika avtomobil istehsalçısı "Fisker" iflasdan əvvəl böyük endirimlər elan edib.
Valyuta.az xəbər verir ki, bu barədə motor1.com məlumat yayıb.
Beləliklə, əsas "Sport" versiyasının qiyməti 27,3 min dollara (14 min dollar endirim), orta "Ultra" paketinin qiyməti indi 37,3 min dollara (18 min dollar endirim), flaqman "Extreme" versiyası isə 39,8 min dollara (40 min dollar endirim) təklif olunur.
Şirkət əvvəllər etiraf etmişdi ki, 2023-cü ildə 463 milyon dollardan çox xalis zərər elan etdikdən sonra biznesin bağlanmasına cəmi bir il qalıb. Hazırda avtomobil istehsalı dayandırılıb.
"Fisker" rəhbərliyi avtomobillərin birgə inkişafı və Şimali Amerika bazarı üçün istehsalı üçün əlavə investisiya cəlb edə biləcək iri avtomobil istehsalçısı ilə müqavilə bağlamağı planlaşdırırdı. Lakin bu baş verməyib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay