"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
ABŞ-ın rekord həddə - 34 trilyon dollara çatan böyük dövlət borcu ölkəni Yaponiyanın "itirilmiş onilliyinə" bənzər böhrana aparan təhlükəli yola salır.
Valyuta.az xəbər verir ki, bunu "BlackRock"un baş direktoru Larri Fink investorlara illik mesajında qeyd edib.
Onun sözlərinə görə, Vaşinqtonun kəsirsiz fiskal siyasəti artıq investorların əbədi maliyyələşməsinə arxalana bilməz. Təkcə son bir ildə ABŞ Xəzinədarlığının gəlirlərinin 4%-ə yüksəlməsi 10 il ərzində faiz xərclərinə 1 trilyon dollar əlavə edəcək.
"Vəziyyət xatırladığımdan daha kritikdir. Mümkün pis ssenari odur ki, Amerika iqtisadiyyatı 1990-2000-ci illərdə borcun ÜDM-i aşdığı, qənaət və durğunluq dövrlərinə səbəb olan Yaponiyanın yolu ilə gedir", deyə Fink bildirib.
ABŞ-ın dövlət borcu təxminən hər 100 gündə 1 trilyon dollar artır və onsuz da yüksək olan inflyasiyanı sürətləndirir. Bu səbəbdən qızıl və "Bitcoin" kimi inflyasiyadan qorunan aktivlər rekord səviyyədə ticarət edir.
"Yüksək borc inflyasiya ilə mübarizəni çətinləşdirəcək, çünki faiz dərəcələrinin artırılması onsuz da dayanıqlı olmayan borcun xidmət xərclərini xeyli artıracaq", deyə Fink əlavə edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay