Xəbər
28.03.2024 / 15:00
İşdən çıxarılan əməkdaşı “AZENCO”nu məhkəməyə verdi
45134
İşdən çıxarılan əməkdaşı “AZENCO”nu məhkəməyə verib.
Valyuta.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkətin keçmiş işçisi Atabəy Hacıəliyev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.
O, müraciətində haqsız yerə işdən çıxarıldığını bildirib. A.Hacıəliyev işə bərpa olunması və işdən çıxarıldığı müddətə görə əməkhaqqı tələbi irəli sürüb.
Məhkəmə işi hakim Aynur Abdullayevanın sədrliyi ilə araşdırılacaq.
Hakim iddianı təmin edərsə, “AZENCO” keçmiş əməkdaşını işə bərpa etməyə və onun əməkhaqqını ödəməyə məcbur olacaq.
Qeyd edək ki, “AZENCO” Azərbaycanda mühəndislik şirkəti kimi tanınır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay