BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
45016
Beynəlxalq axtarışa verilmiş Qırğızıstan gömrük xidmətinin sabiq rəis müavini Rayımbek Matraimov Azərbaycanda həbs edilib.
 
Qaynarinfo "Sputnik Qırğızıstan"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
 
Rayımbek Matraimov qanunsuz həbslərin həyata keçirilməsində və çirkli pulların yuyulması ilə bağlı cinayət işlərində iştirakda ittiham edilir. O, qardaşları - Tilek, Ruslan və İslambek ilə birlikdə Bakıda saxlanılıb və Qırğızıstana təhvil verilib.
 
Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, Rayımbek Matraimov öldürülmüş kriminal avtoritet Kamçı Kolbayevlə sıx əlaqədə olub.
 
"O, Gömrük Xidmətinin əməkdaşları və dövlət məmurları arasından cinayətkar qrup yaradıb. Xüsusilə, Rayımbek Matraimov Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin "Qanunsuz azadlıqdan məhrum etmə" və "Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması)" maddələri ilə təqsirləndirilir", deyə Komitədən bildirilib.
 
Bundan əvvəl dövlət komitəsinin mətbuat xidməti Rayımbek Matraimovun ümumi dəyəri 34 milyon 810 min 500 dollar olan daşınmaz əmlakının müsadirə olunduğunu açıqlamışdı. Lakin Dövlət Gömrük Xidmətinin sabiq rəis müavininin harada olduğu məlum deyildi və o, axtarışa verilmişdi. Daha sonra Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi onun Bakıda olmasını və Qırğızıstanda saxlanılan, Qırğızıstan Respublikasının rəhbərliyinə sui-qəsd hazırlayan Azərbaycandan olan transmilli cinayətkar qrupun üzvləri ilə əlaqəsini müəyyən edib.
Qeyd edək ki, ötən gün Azərbaycan Daxili İşlər Nazirliyi Qırğızıstanın 4 vətəndaşının ölkələrinə təhvil verildiyini açıqlayıb: "Qırğızıstan hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında ölkə ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. Azərbaycan Daxili İşlər Nazirliyi Qırğızıstanın aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı qarşı tərəfə təqdim edib. Araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya, digərinin isə Azərbaycan ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib.
 
Həmçinin, Qırğızıstan hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğızıstan vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən edilib və onlar Qırğızıstanın aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil veriliblər. Qeyd edilən məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün Qırğızıstanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə tədbirlər davam etdirilir".
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı®

İşəgötürənlər niyə daha çox gənclərə üstünlük verirlər?

Suyun verilməsində qrafik ləğv olunacaqmı?

Əli Əsədov yeni qərar imzaladı

İşdən çıxarılan direktor məhkəmə qərarı ilə vəzifəsinə qayıtdı

Tarixin ən böyük üçüncü cekpotu uduldu - 177 MİLYON

MDB-də ən az tələbə Azərbaycandadır - Siyahı

Daha sadə Vergi Məcəlləsi hazırlanır

35 yaşlı vəkilə parlamentdə vəzifə verildi

Nazirlər Kabineti işçilərinin xərcləri ilə bağlı QƏRAR

“Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti®

“Enginet” ləğv edilir - Bu şirkətə birləşir

Əmək haqqı kreditləri üzrə standartlarda yumşalma davam edəcək - RƏSMİ

Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq

Fitch Solutions: Neftin qiyməti gələn il 78 dollara enəcək

DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz verilə biləcək

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İşə qəbulda bu şəxslərə sınaq müddəti lazım olmayacaq

Onlar işdən çıxarkən birdəfəlik müavinət alacaq

Nazir BMT-nin azərbaycanlı koordinatoruna vəzifə verdi (FOTO)

İcbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələri təmin ediləcək

Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq

Bələdiyyələr qrant ala biləcək

Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir

“İnvestAz” Korporativ İdarəetməsini təkmilləşdirir - İH-də yeni üzvlər

İcbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanların necə alınacağı müəyyənləşir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin