Yaponiyanın milli valyutasının məzənnəsi son 34 ilin ən aşağı həddinə düşüb
Yaponiyanın milli valyutası olan yenin məzənnəsi ABŞ dollarına nisbətdə zəifləməkdə davam edir.
Valyuta.az xəbər verir ki, Tokio Fond Birjasında (TFB) yenin məzənnəsi son 34 ilin ən aşağı həddinə düşüb.
Qeyd olunub ki, valyutanın məzənnəsi 1 ABŞ dollarına qarşı 151,97 yen həddinə düşüb. Bu, 1990-cı ildən bəri ən aşağı həddir.
Yaponiyada uzun müddət ərzində faiz dərəcəsi 0,1% səviyyəsində olub ki, bu da Mərkəzi Bankın son dərəcə yumşaq pul siyasəti ilə birlikdə iqtisadiyyatı stimullaşdırmağa və hədəf inflyasiya səviyyəsinə 2% nail olmağa yönəlib.
Müşahidəçilərin fikrincə son 17 ildə ilk dəfə Yaponiya Bankının uçot dərəcəsini mənfi 0,1%-dən 0,1%-ə yüksəldilməsi əhəmiyyətsizdir. İnvestorların fikrincə, göstəricinin artım tempi gələcəkdə də əhəmiyyətsiz olacaq.
©Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay