"Lamborghini Urus" əsasında super pikap buraxılacaq - 2,5 milyon avroya satılacaq
Ekzotik avtomobilləri ilə tanınan Latviya avtomobil istehsalçısı "Dartz" "Lamborghini Urus" əsasında yeni yolsuzluq avtomobili buraxacaq. Yeni model "Dartz Prombron Iron Diamond CLV" adlanacaq.
Valyuta.az xəbər verir ki, şirkət yeni məhsulu "dəbdəbənin, gücün və innovasiyanın zirvəsi və avtomobil mükəmməlliyinə can atmanın sərhəd tanımadığı bir dünyada avtomobil əzəmətinin təntənəsi" adlandırır. Bildirilir ki, o, əfsanəvi "Lamborghini LM002" yolsuzluq avtomobilinin müasir varisi olacaq.
Avtomobilin karbon lifli kuzovu və 4,0 litrlik V8 benzin turbo mühərriki (666 at gücü) ilə təchiz edilmiş "Lamborghini Urus"dan mühərrik alacağı gözlənilir. Yeni məhsulun qiyməti 2,5 milyon avro təşkil edəcək. Lakin modelin təqdimat vaxtı və sayı hələlik məlum deyil.
© Qaynarinfo.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay