Xəbər
23.03.2024 / 15:33
Həlak olanların yaxınlarına 3 milyon veriləcək
44883
Moskvada “Crocus City Hall”da törədilən terror aktı nəticəsində həlak olanların yaxınlarına 3 milyon (55 500 AZN), yaralananlara isə 1 milyon rubl (18 500 AZN) ödəniləcək.
Valyuta.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.
O, həmçinin əlavə edib ki, valideynləri terror zamanı ölən uşaqlara aylıq ödənişlər veriləcək.
Moskva meri Sergey Sobyanin isə Moskva şəhəri və Moskva vilayətinin hakimiyyət orqanlarının həlak olanların dəfn mərasiminin təşkilini öz üzərinə götürəcəyini açıqlayıb.
©Qafqazinfo
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay