Statistika
23.03.2024 / 13:05
Azərbaycan sement ixracını 20 faizdən çox artırıb
44878
Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 110 min 230 ton hazır və ya klinker formasında olan sement ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 6 milyon 333 min ABŞ dolları olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 19 min 958 ton (22,1%), dəyər ifadəsi ilə 1 milyon 627 min ABŞ dolları (34,5%) çoxdur. 2023-cü ilin ilk iki ayında sement ixracının miqdarı 90 min 272 ton, dəyəri isə 4 milyon 706 min ABŞ dolları olub.
Qeyd edək ki, yanvar-fevral aylarında edilən hazır və ya klinker formasında olan sement ixracı ümumi ixracın 1,55 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay