Dünya
23.03.2024 / 10:23
BVF Ukraynaya kredit ayrılmasını təsdiqlədi
44869
Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 880 milyon dollar məbləğində üçüncü kredit tranşının ayrılmasına razılıq verib.
Bu barədə fondun yaydığı məlumatda deyilir.
“BVF-nin İdarə Heyəti Ukrayna üçün Genişləndirilmiş Fond Proqramı (EFF) çərçivəsində uzadılmış sazişi üçüncü dəfə nəzərdən keçirib və bu, hakimiyyət orqanlarına onun büdcə dəstəyi üçün istifadə olunacaq təxminən 880 milyon dollar ekvivalentində vəsait cəlb etməyə imkan verib”, - deyə BVF-nin məlumatında bildirilib.
EFF döyüşlərlə bağlı son dərəcə çətin şərtlərə baxmayaraq, qüvvədə qalan hakimiyyətin iqtisadi proqramı üçün etibarlı dəstək rolunu oynamağa davam etdiyi vurğulanır.
,©İnterfax
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay