TANAP vasitəsilə nəql olunan qazın miqdarı açıqlandı
Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə nəql olunan qazın həcmi 60 milyard kubmetrə çatıb.
Valyuta.az bu barədə TANAP konsorsiumuna istinadən xəbər verir.
“Cənub Qaz Dəhlizinin ən mühüm həlqəsini təşkil edən və 30 iyun 2018-ci il tarixindən etibarən kommersiya qazının tədarükü həyata keçirildiyi TANAP ilə nəql olunan qazın həcmi 60 milyard kubmetrə çatıb.
TANAP Türkiyə və Avropanın enerji təchizatının strateji təhlükəsizliyinə mühüm töhfə verməkdə davam edir”, - konsorsiumun bəyanatında deyilir.
Qeyd edək ki, TANAP Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə nəql edir. TANAP-ın ümumi dəyəri yeddi milyard ABŞ dollarından azdır.
TANAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr qaz təşkil edir, gələcəkdə bu həcmin ildə 31 milyard kubmetrə qədər genişləndirilməsi mümkündür. Qazın təxminən altı milyard kubmetri Türkiyəyə, qalanı isə Avropaya tədarük olunur.
©Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay