Dünya
21.03.2024 / 09:41
Baltikyanı ölkələrdən Rusiyaya iqtisadi zərbə
44772
Litva, Latviya, Estoniya, Polşa və Çexiyanın kənd təsərrüfatı nazirləri Rusiya və Belarus taxılının Avropa İttifaqına idxalını qadağan etmək məqsədilə Avropa Komissiyasına müraciət ediblər.
Valyuta.az xəbər verir ki, bu barədə Litvanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Nazirliklər bu məhdudiyyətin bütün Aİ-də effektiv şəkildə tətbiq edilməsi üçün ittifaqa üzv dövlətlərin əməkdaşlığını təmin etməyi tələb ediblər.
Həmçinin qeyd edilir ki, müvafiq mövzu Aİ ölkələrinin Kənd Təsərrüfatı Nazirlər Şurasının martın 26-da keçiriləcək iclasında müzakirə olunacaq.
Xatırladaq ki, bir müddət öncə “Financial Times” yazmışdı ki, Aİ Rusiya və Belarusdan taxıl idxalına hər ton üçün 95 avro məbləğində rüsum tutacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay