BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
44713

Fateh Sultan Mehmetin şahzadəlik dövrünə aid medal üzərində həkk olunmuş portreti İngiltərədəki “Bonhams” hərrac evi tərəfindən satışa çıxarılacaq.

Valyuta.az xəbər verir ki, portretin təxmini satış qiymətinin 1,5-2 milyon funt-sterlinq olacağı gözlənilir. “Bonhams”dan verilən açıqlamada sikkənin Fateh Mehmetin şahzadəlik dövrünə aid olduğu bildirilib. Açıqlamada, tunc üzərində həkk olunmuş portretin qərbli bir rəssam tərəfindən çəkilmiş müsəlman liderin bilinən ən qədim fotosu olduğu və sikkənin təxmini satış qiymətinin 1,5 ilə 2 milyon funt-sterlinq arasında dəyişəcəyi ifadə edilib. 

2000-ci ildə İtaliyada intibah dövrünə aid medallar kolleksiyasında aşkar edilən sikkənin kənarlarında “Böyük Şahzadə, Böyük Əmir, Sultan Mehmet Əfəndi” ifadələrinin latın hərfləri ilə yazıldığı bildirilib. O da qeyd olunub ki, sikkəni hazırlayan rəssamın heç bir imzası, izi yoxdur.

“Bonhams” hərrac evinin İslam və Hindistan üzrə İncəsənət Direktoru Oliver Vayt əsərin hazırlandığı dövrə aid Fatih Mehmet haqqında əhəmiyyətli maddi sübutun olmadığını bildirib. Medalın bu baxımdan əhəmiyyətli bir tapıntı olduğunu vurğulayan Vayt, "Bu, İkinci Mehmetin İstanbulun fəthindən əvvəl gəncliyini göstərən yeganə məlum medaldır. Bunun qeyri-mümkün olduğu, sultan tərəfindən şəxsi talisman kimi geyinilən medalın ələ keçirildiyi düşünülür”.

Fateh Sultan Mehmetin şahzadəlik dövrünə aid olduğu təxmin edilən bürünc medal mayın 21-də hərraca çıxarılacaq.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Agentlik 14 ədəd avtomobil alır - Biri 40 min manata

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı®

İşəgötürənlər niyə daha çox gənclərə üstünlük verirlər?

Suyun verilməsində qrafik ləğv olunacaqmı?

Əli Əsədov yeni qərar imzaladı

İşdən çıxarılan direktor məhkəmə qərarı ilə vəzifəsinə qayıtdı

Tarixin ən böyük üçüncü cekpotu uduldu - 177 MİLYON

MDB-də ən az tələbə Azərbaycandadır - Siyahı

Daha sadə Vergi Məcəlləsi hazırlanır

35 yaşlı vəkilə parlamentdə vəzifə verildi

Nazirlər Kabineti işçilərinin xərcləri ilə bağlı QƏRAR

“Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti®

“Enginet” ləğv edilir - Bu şirkətə birləşir

Əmək haqqı kreditləri üzrə standartlarda yumşalma davam edəcək - RƏSMİ

Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq

Fitch Solutions: Neftin qiyməti gələn il 78 dollara enəcək

DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz verilə biləcək

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İşə qəbulda bu şəxslərə sınaq müddəti lazım olmayacaq

Onlar işdən çıxarkən birdəfəlik müavinət alacaq

Nazir BMT-nin azərbaycanlı koordinatoruna vəzifə verdi (FOTO)

İcbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələri təmin ediləcək

Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq

Bələdiyyələr qrant ala biləcək

Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir

“İnvestAz” Korporativ İdarəetməsini təkmilləşdirir - İH-də yeni üzvlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin