İlon Mask zaman-zaman depressiyadan əziyyət çəkdiyini və bu dərmanı içdiyini etiraf etdi
SpaceX və Tesla-nın baş direktoru, X (keçmiş Twitter) sahibi İlon Mask etiraf etdi ki, o, bəzən depressiyadan əziyyət çəkir və iki həftədə bir dəfə ketamin dərmanı qəbul edir.
Valyuta.az xəbər verir ki, bu barədə CNN yazıb.
Milyarderin sözlərinə görə, bəzən onun başında bir növ mənfi kimyəvi vəziyyət, bəlkə də depressiya yaranır. O, aydınlaşdırıb ki, bu vəziyyət heç bir neqativ xəbərlə bağlı deyil.
Mask CNN-in keçmiş aparıcısı Don Lemona deyib ki, o, adətən gündə 16 saat işləyir və dəqiq düşünə bilmir, dərmanlar ona normallığı qorumağa kömək edir.
Telekanal qeyd edir ki, iş adamı depressiyasını anadangəlmə hesab edir və dərmanlardan istifadəsinin onun şirkətlərinə və onların dövlət müqavilələrinə hansısa formada təsir edəcəyini düşünmür.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay