Türkiyənin turizm sənayesi çətin durumda: Otellərin 10 milyard borcu var
Türkiyədə otellərin banklara olan borcları 10 milyard dollara yaxınlaşıb, bəzi mehmanxanaların borc müqavilələrinin müddəti artıq başa çatmaq üzrədir və yekunda banklar borcları ödəmək üçün əmlaka həbs qoyacaqlar.
Valyuta.az xəbər verir ki, bu barədə Türkiyənin "Cumhuriyet" qəzeti yazıb.
Keçən il ölkəyə təxminən 56 milyon turistin gəlməsinə dair yerli hakimiyyət orqanlarının təminatlarına baxmayaraq, bir sıra ekspertlər rəqəmlərin doğruluğuna şübhə ilə yanaşır.
"Ötən il mehmanxanalar orta hesabla 49% doluluqla fəaliyyət göstərib. TÜİK-in gəlir və turist axını ilə bağlı rəqəmləri şübhə doğurur. Eyni zamanda Türkiyənin elan etdiyi 56 milyon qonağı qəbul etmək gücü yoxdur və bu il 60 milyon turisti qəbul etmək hədəfi xəyal kimi görünür" deyən Bodrum Peşəkar Otel Müdirləri Dərnəyinin qurucu prezidenti Serdar Karcilioğlu statistikaya turistlər və sərhədi tranzit və ya alış-veriş üçün keçən insanların daxil olduğunu bildirib.
Türkiyə Otelçilər Birliyinin (TÜREB) məlumatına görə, 2023-cü ildə İstanbulda otel doluluğu 74,6%-dən 65,2%-ə, Antalyada 62,2%-dən 56,2%-ə düşüb. Ölkə üzrə bu rəqəm 2022-ci ildəki 53,6%-dən 2023-cü ildə 49,1%-ə qədər azalıb.
"Mehmanxanaların 70-75%-i banklara girov qoyulub ki, bu da sahiblərindən borclarını ödəmək üçün aktivlərini satmağı tələb edir. Əgər bank özü əmlakı satarsa, o, yalnız borcun məbləğini alacaq, bu da böyük itkilərlə nəticələnəcək. Son üç ildə otel seqmentində əmlakın genişmiqyaslı yenidən bölüşdürülməsi baş verib", deyə Karcilioğlu şikayətlənib.
O, həmçinin kəskin kadr çatışmazlığını qeyd edib - 500 minə yaxın vakant yeri minimum əmək haqqından aşağı əmək haqqı alan muzdlu əcnəbi işçilər tutur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay