Muradov SWIFT-ə alternativ elan etdi: SSRİ-nin klirinq sistemi
Krım xarici tərəfdaşlarla hesablaşmalar üçün SWIFT-ə alternativ olaraq qarşılıqlı hesablaşma sistemini işə salmağa hazırlaşır.
Valyuta.az xəbər verir ki , bunu respublikanın Rusiya Federasiyası Prezidenti yanında daimi nümayəndəsi Georgi Muradov bildirib.
"Söhbət SSRİ dövründə müsbət təcrübəyə malik olan SWIFT-ə alternativ klirinq sisteminin tətbiqindən gedir", - o izah edib.
Muradov bildirib ki, bu, sövdələşmə iştirakçılarının banklarındakı xüsusi hesablar vasitəsilə malların mübadiləsi üçün qarşılıqlı əvəzləşdirmələrin qeyri-valyuta sistemidir.
“Satıcı və alıcı tərəfdən iki bank qarşılıqlı açılan hesablardakı vəsaitlərin qalığını tənzimləyir. Belə bir ödəniş sistemi Rusiyanın Afrika və Latın Amerikasındakı tərəfdaşları üçün maraqlıdır”, - Krım “hökumətinin” baş nazirinin müavini qeyd edib.
O vurğulayıb ki, indi Rusiya banklarına qarşı sanksiyalar və tərəfdaşlar üçün ikinci dərəcəli məhdudiyyətlər riski səbəbindən xarici kontragentlərlə hesablaşmalar problemi həll olunmamış qalır. “Yeni mexanizm onlara Krım istiqamətində işləməkdən çəkinməməyə imkan verəcək”, - Muradov hesab edir.
Onun təsvir etdiyi sxem barterin bir növüdür və pul köçürmədən hər iki ölkədən olan tərəfdaşlar tərəfindən malların bərabər mübadiləsini nəzərdə tutur. Rusiya hakimiyyəti beynəlxalq ticarətdə bu formatdan daha fəal istifadə etməyə çağırır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay