Çexiya Rusiyadan taxıl idxalına qadağa qoymağa çağırış etdi
Çexiya Avropa İttifaqına Rusiya və Belarus taxılının Aİ-yə idxalını qadağan etməyi təklif edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı naziri Marek Vıbornı Çexiya televiziyasında bildirib.
Nəşr qeyd edir ki, Çexiya bu həftə fermerlərin yeni etirazlarını gözləyir, lakin nazir ölkədən kənarda ezamiyyətdə olacaq.
"Biz taxıl və yağlı bitkilərin sanksiyalar siyahısında olmasını və Avropaya idxal edilməməsini israr edəcəyik", - Vıbornı deyib.
Onun sözlərinə görə, Çexiyanın baş naziri Petr Fiala gələn həftə Avropa Şurasının iclasında Çexiyanın mövqeyini təqdim edəcək.
“Avropada Rusiya taxılını almaqla təcavüzkarı dəstəkləməyimizin heç bir səbəbi yoxdur”, - Vıbornı əlavə edib.
O, həmçinin bu yaxınlarda ölkənin keçmiş baş naziri Andrey Babişin dediyi kimi, çirklənmiş taxılın Ukraynadan Çexiyaya gətirildiyini inkar edir. Onun sözlərinə görə, yalnız üç yemlik taxıl nümunəsində yoxlama zamanı normadan cüzi artıqlıq aşkar edilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay