Dünya
17.03.2024 / 09:37
Yaponiyada daha bir güclü zəlzələ olub
44568
Yaponiyanın Honşu adasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Fukusima şəhərindən 12 km şimal-qərbdə yerləşib.
Episentrdə zəlzələnin intensivliyinə görə zəlzələ “çox güclü” kimi qiymətləndirilib.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,8 bal qiymətləndirib. Amerikalı seysmoloqların fikrincə, onun ocağı 47,6 km dərinlikdə olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay