Bu ölkənin hava bazası NATO əsgərləri üçün şəhərciyə çevriləcək
Rumıniyadakı “Mixail Koqelniçianu” aviabazası 10 min NATO əsgərinin və onların ailələrinin yaşaya biləcəyi hərbi düşərgəyə çevriləcək, bunun üçün 2,5 milyard avro sərmayə tələb olunacaq.
Valyuta.az Report-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın “Pro TV” telekanalı məlumat yayıb.
Aviabazada binalar, xəstəxanalar və məktəblər tikiləcək. Bu məqsədlə 2 300 hektardan çox sahə ayrılıb. Həmçinin orada uçuş-enmə zolağının ikiqat artırılması, yanacaq anbarlarının və döyüş təyyarələri və pilotsuz təyyarələr üçün bir neçə anqarın tikilməsi planlaşdırılır.
Gələcək hərbi şəhərciyin cənub hissəsində işlərə başlanılıb, burada giriş yolları və güclü elektrik şəbəkəsi inşa edilir. Həmçinin şəhər infrastrukturunun - uşaq bağçalarının, məktəblərin, xəstəxanaların, mağazalar və əyləncə parklarının yaradılması nəzərdə tutulur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay