Turizm mərkəzi Çianq May dünyanın ən çirkli atmosferə malik şəhəridir
Taylandın şimalındakı Çianq May şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub.
Valyuta.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) xəbər agentliyi yazıb.
Beynəlxalq hava keyfiyyətinin monitorinqi xidməti IQAir-in məlumatına görə, Çianq Mayın havasındakı PM2.5 mikrotozunun səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş təhlükəsiz hədddən 35 dəfə yüksək olub.
Qeyd edilib ki, Çianq Maydakı qalın duman yerli fermerlərin yeni mövsüm üçün torpağı təmizləmək üçün tarlalarda keçən ilki bitki qalıqlarını yandırmaq adəti ilə əlaqələndirilir. Problemi meşə yanğınları və avtomobillərin işlənmiş qazları daha da artırır.
Mart ayında Tayland hökuməti havanın çirklənməsi ilə mübarizə üçün tədbirlər görməyin zəruriliyi barədə xəbərdarlıq edib, çünki 2023-cü ildə əyalətin ən azı 10 milyon sakini pis ekologiya səbəbindən müalicəyə ehtiyac duyur.
Boğucu dumana baxmayaraq, Çianq May turizm mərkəzi olaraq qalır. Müsahibə edilən şəhər qonaqlarının fikrincə, duman qədim şəhərin çoxsaylı məbədlərindən və digər görməli yerlərindən həzz almağa mane olmur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay