"VİP LOGİSTİCS COMPANY"-yə protokol tərtib olundu
"VİP LOGİSTİCS COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib edilib.
Valyuta.az-ın məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsinə görə, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay