MAQATE rəhbəri 2024-cü ildə yenidən Rusiyaya səfər edəcəyini istisna etmir
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi 2024-cü ildə yenidən Rusiyaya səfər edəcəyini istisna etməyib.
Valyuta.az xəbər verir ki, Qrossi bu barədə brifinqdə deyib.
"[Rusiya Federasiyasına] mümkün səfərə gəlincə, bu, gündəliyin inkişafından asılı olacaq. Mən bunu istisna etmirəm. Bununla bağlı hələlik heç bir plan yoxdur, lakin mümkündür", o, Tokioda TASS müxbirinin sualını cavablandırarkən bildirib.
Qrossi ötən həftə Rusiyaya səfər edib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Söhbətin açıq hissəsində ümumilikdə Rusiyanın MAQATE ilə əməkdaşlığından, müxtəlif ölkələrdə həyata keçirilən layihələrdən bəhs edilib. Rusiya prezidenti xüsusilə bəyan edib ki, Rusiya nüvə enerjisi sahəsində əldə etdiyi inkişafları maraqlı tərəfdaşlarla bölüşməyə və nüvə enerjisinin bu və ya digər şəkildə əlaqəli olduğu istənilən nöqtədə təhlükəsizliyi təmin etmək üçün hər şeyi etməyə hazırdır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söhbətin qapalı hissəsini şərh etməyəcəyini bildirib. MAQATE daha sonra bildirib ki, Qrossi Putinlə görüşdə Zaporojye Atom Elektrik Stansiyası ətrafında maksimum hərbi təmkinli olmağa çağırıb.
MAQATE rəhbəri hazırda Yaponiyada səfərdədir. O, xüsusən də “Fukusima-1” AES-də olub, burada radioaktiv maddələrdən təmizlənmiş suyun okeana axıdılması prosesi ilə tanış olub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay