Tramp Avropanı Ukraynaya yardım üçün ABŞ-la bərabər əsasda vəsait ayırmağa çağırdı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Avropa ölkələrini Ukraynaya daha çox pul xərcləməyə çağırıb.
Valyuta.az xəbər verir ki, bu barədə o, Newsmax telekanalına müsahibəsində bildirib.
Jurnalistin Trampın ABŞ prezidenti seçiləcəyi təqdirdə Kiyevə yardım üçün ayrılan maliyyəni azaltmağı planlaşdırıb-planlaşdırmayacağı ilə bağlı sualına cavab olaraq siyasətçi Aİ-ni Ukraynaya ABŞ ilə eyni məbləğdə vəsait xərcləməyə çağırıb. O, izah edib ki, Avropa indi Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün təxminən 100 milyard dollar az xərcləyir.
"Bu, Amerika ilə bağlı ədalətli deyil. Amerikalı vergi ödəyicisi üçün ədalətli deyil", - Tramp deyib.
Bundan əvvəl amerikalı politoloq Malek Dudakov bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın qarşıdan gələn prezident seçkilərində mümkün qələbəsi ukraynalı lobbiçilər üçün çox pis siqnal olacaq. Ekspert qeyd edib ki, son vaxtlar Vaşinqton Kiyevi əvvəlki kimi aktiv şəkildə maliyyələşdirmir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay