Azərbaycanın ən çox su çatışmazlığı olan regionu açıqlanıb
Azərbaycanda ən ağır su çatışmazlığı olan region Şamaxı və Qobustan zonasıdır.
Valyuta.az Report-a istinadən xəbər verir ki, bunu "Hidroloq" MMC-nin baş mütəxəssisi, texnika elmləri doktoru, əməkdar mühəndis Əhməd Məmmədov Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") deyib.
"Bu ərazilər Bakıya çox yaxındır və turizm, eyni zamanda kənd təsərrüfatının inkişafı üçün əlverişlidir. Lakin su çatışmazlığı səbəbindən, xüsusilə yay aylarında çox ciddi sıxıntılar meydana gəlir. Şamaxı və Qobustan şəhər olaraq su ilə təmin olunublar, amma 38 kənd bu zonada ciddi su sıxıntısı çəkir", - deyə o bildirib.
Baş mütəxəssis qeyd edib ki, bu vəziyyətlə əlaqədar təklif Ağsu çayının bir qolu üzərində Basqal kəndinin altında su anbarının yerləşdirilməsidir: "Girdmançayın istifadə olunmayan su ehtiyatının bir hissəsi bu anbara yönəldilə bilər. Aparılan araşdırmalara görə ildə təxminən 50 milyon kubmetr suyu bu zonalara vermək olar".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay