Reuters: Rusiyanın aktivlərinə həbs qoyulmasına cavabı “Euroclear”ı müflis edə bilər
Rusiya Federasiyasının Avropa Komissiyası tərəfindən Rusiya Federasiyası Mərkəzi Bankının Avropa İttifaqında dondurulmuş aktivlərinin özgəninkiləşdirilməsinə reaksiyası qiymətli kağızlar depozitarının - Belçikanın Euroclear platformasının iflasına səbəb ola bilər.
Valyuta.az xəbər verir ki, bu barədə adı açıqlanmayan avropalı rəsmiyə istinadən Reuters agentliyi məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, Euroclear-ın iflası Aİ-nin maliyyə sabitliyini poza və qlobal maliyyə böhranına səbəb ola bilər.
Mənbənin sözlərinə görə, Aİ, hətta Rusiyanın suveren aktivlərini müsadirə etmək qərarına gəlsə belə, bu vəsaitin əhəmiyyətli bir hissəsini Ukraynanı dəstəkləmək üçün istifadə edə bilməyəcək, çünki o vəsait “maliyyə tamponu” təmin etmək və Brüsselin Moskvadan və onun beynəlxalq tərəfdaşlarından gözlədiyi cavab tədbirlərinin zərbələri altında bu strukturun sağ qalmasına zəmanət vermək üçün Euroclear-ın balansında qalmalı olacaqlar.
"Biz Ukraynaya kömək etmək istəyirik, lakin maliyyə sabitliyinə heç bir maneənin olmamasına əmin olmalıyıq", - mənbə bildirib.
O bildirib ki, Euroclear Rusiya Mərkəzi Bankının risk dalğası ilə üzləşə bilər. Mənbənin sözlərinə görə, Rusiya Federasiyası Mərkəzi Bankı bu strukturun Rusiya yurisdiksiyasındakı 33 milyard avroluq aktivlərini əlindən ala bilər. Həmçinin, onun fikrincə, Rusiya Mərkəzi Bankı Euroclear-ın Honq-Konq və Dubaydakı aktivlərini müsadirə etmək üçün məhkəməyə müraciət edəcək.
“Bu, Rusiyanın Euroclear-ı tamamilə məhv edə biləcəyi mexanizmdir”, - mənbə bildirib.
O əlavə edib ki, Euroclear likvidliyini itirərsə, Belçika Mərkəzi Bankı strukturun lisenziyasını ləğv etməli olacaq ki, bu da ümumavropa və ya qlobal maliyyə böhranına səbəb olacaq, çünki bütün dünyada bu platforma vasitəsilə 37 trilyon avroya qədər kapital idarə olunur.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay