Türkiyədə elektron ticarətin payı ilin sonuna 21,5 faizə çatacaq
Türkiyənin ticarət əməliyyatlarının ümumi həcmində elektron ticarətin payı ilin sonunadək 21,5 faizə yüksələcək. 2025-ci ilin yekunlarına görə isə bu göstəricinin 23 faizə çatdırılması planlaşdırılır.
Valyuta.az xəbər verir ki, bu hədəflər Türkiyə Ticarət Nazirliyinin 2024-28-ci illər üçün Strateji planında öz əksini tapıb.
Nazirlik internet ticarət sisteminin təkmilləşdirilməsinin, mövcud maneələrin aradan qaldırılmasının, əməliyyatların maksimum təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Ticarət Nazirliyindən bildirilib ki, cari ilin yekunlarına görə, ölkədə elektron ticarətin həcmi 2,2 trilyon lirəyə çatacaq. 2025-ci ildə bu göstərici 3,1 trilyon lirə səviyyəsində proqnozlaşdırılır, 2028-ci ilə qədər isə 6,3 trilyon lirəyə çatacağı gözlənilir.
Nazirlik qeyd edib ki, 2028-ci ilə qədər İnternet vasitəsilə ticarətin payı ticarət əməliyyatlarının ümumi həcminin 30 faizini təşkil edə bilər.
Eyni zamanda, Türkiyənin ixracat səbətində elektron ticarət əməliyyatlarının həcminin 2024-cü ildə 3,3 faizə, 2028-ci ilə qədər isə 10 faizə çatdırılması planlaşdırılır.
© azertag.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay