"Boeing" ABŞ-ın texniki yoxlamalarından keçə bilmədi
Dünyanın ən böyük aviasiya, kosmik və hərbi texnika istehsalçılarından biri olan “Boeing” ABŞ Federal Aviasiya Administrasiyasının keçirdiyi 89 texniki yoxlamadan 33-də uğursuzluqla nəticələnib.
Valyuta.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Jurnalistlər öyrənib ki, sınaqlar 6 həftə ərzində aparılıb: mütəxəssislər "Boeing 737 MAX"ın hissələrini, o cümlədən qanadlarını və bir sıra digər sistemləri yoxlayıblar, həmçinin korporasiya işçilərinin keyfiyyətə nəzarət prinsiplərini nə dərəcədə yaxşı başa düşdüyünü öyrəniblər.
"Boeing"dən başqa, 737 MAX üçün gövdə istehsal edən "Spirit AeroSystems"də də yoxlamalar aparılıb. Şirkət 13 yoxlamadan 7-də uğursuzluğa düçar olub. Məsələn, bir halda onun əməkdaşları plombla işləyərkən sürtkü əvəzinə maye sabundan, digərində isə qapının möhürünü yoxlamaq üçün otel açar kartından istifadə ediblər.
Bundan əvvəl ABŞ-da jurnalistlərə təyyarə istehsalında fəlakətli problemlər barədə danışan keçmiş "Boeing" mühəndisinin cəsədinin tapıldığı bildirilirdi. O, şirkəti məhkəməyə verib və hadisədən dərhal əvvəl uzun müddətdir hazırlaşdığı ifadəsini verib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay