Xəbər
12.03.2024 / 19:35
"Bakı Ağ Şəhər Ofis Binası" icbari sığorta qanunlarını pozub
44191
"Bakı Ağ Şəhər Ofis Binası" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati protokol tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 469.1-ci (icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
469.1-ci maddəyə əsasən, fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.
Sadiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay