“Aqrar İnnovasiya və Təchizat Şirkəti” məhkəməyə verildi
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, ASC İnzibati Xətalar Məcəlləsinin 602.4-cü (Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmaq) maddəsi ilə ittiham olunur.
İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.
602.4-cü maddəyə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay