ABŞ-ın sanksiyaları Venesuelaya 700 milyard dollar zərər vurub
Venesuela ABŞ-ın sanksiyaları səbəbindən 700 milyard dollar ÜDM itkisinə məruz qalıb.
Valyuta.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Venesuelanın vitse-prezident Delsi Rodriges bu barədə beynəlxalq seminarda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, ölkənin neft sənayesi sanksiyalara görə təxminən 232 milyard dollar itirib, bundan əlavə ölkənin beynəlxalq banklardakı 22 milyard dollardan çox aktivləri dondurulub.
Vitse-prezident, həmçinin deyib ki, ABŞ Venesuela müxalifəti ilə hökumət arasında 2023-cü ilin oktyabrında əldə edilən Barbados sazişinə görə ləğv edilməli olan sanksiyaları aradan qaldırmayıb. Delsi Rodriges Birləşmiş Ştatların birtərəfli siyasətini nəzərə alaraq, Latın Amerikası regionunun yeni maliyyə arxitekturasına ehtiyac duyduğunu söyləyib.
“Əgər biz yeni maliyyə arxitekturası haqqında düşünmək istəyiriksə, ticarəti öz valyutalarımızla aparmalıyıq”, - deyə o vurğulayıb.
© azertag.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay