Alman nəşri hansı halda Aİ-nin Rusiya aktivlərini müsadirə edəcəyini açıqladı
Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərini yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın yenidən qurulması üçün ödəməkdən imtina edəcəyi təqdirdə müsadirə etməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə “Welt” anonim mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirir ki, Avropa İttifaqı Rusiya aktivlərinin müsadirəsinə mənfi münasibət bəsləyir. Qeyd olunur ki, Rusiya müharibə başa çatdıqdan sonra Ukraynaya təzminat ödəyənə qədər pul blokda qalacaq.
Jurnalistlər yazır ki, “Aİ yalnız Rusiya Ukraynanın yenidən qurulmasını maliyyələşdirməkdən imtina edərsə, onları müsadirə etmək istəyir”.
Məqalə müəllifləri vurğulayırlar ki, Aİ Rusiyanın aktivlərinin müsadirəsini beynəlxalq hüquqa zidd hesab edir. Hesab edilir ki, bu addım potensial xarici investorları qorxuda bilər və Rusiyanı Qərbin aktivlərini müsadirə etməyə təhrik edə bilər.
Bundan əvvəl Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel bildirmişdi ki, Rusiya Mərkəzi Bankının Avropada dondurulmuş aktivlərindən əldə edilən gəlir Ukraynanın müdafiə problemlərinin həllinə yönəldilə bilər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay