Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 50 faizə qaldıracağı gözlənilir
Dünyanın aparıcı maliyyə xidmətləri qurumlarından biri olan "Deutsche Bank" Türkiyədə inflyasiya dinamikasının pisləşməsi ilə əlaqədar olaraq faiz dərəcəsi proqnozunu yenidən nəzərdən keçirib.
Valyuta.az xəbər verir ki, Bank, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) mart ayında keçirilən iclasında 5 bənd faiz artırmasının "yüksək ehtimal" olduğunu və faiz dərəcəsinin 45 faizdən 50 faizə yüksələ biləcəyini gözləyir.
Bankın analitikləri, "Siyasətlər düzgün istiqamətdə gedir. Fitch-in son kredit reytinqi artımı da ortodoks siyasətlərə (ənənəvi və ya ümumi qəbul edilmiş qaydalara uyğun - red) qayıdışın bir əksidir. Bununla belə, iqtisadiyyatdakı çətinliklər davam edir. Bunlar davamlı inflyasiya təzyiqləri və bankın xalis ehtiyatlarında ciddi azalmadır. Qarşıdan gələn yerli seçkilər qeyri-müəyyənlik yaradır. Türk Lirəsinin ucuzlaşmasının xarici valyutaya tələbi artıracağı ilə bağlı narahatlıq da var. Uzunmüddətli perspektivdə TCMB-nin son rübə qədər pauzada qalacağını və faiz endirimlərinin mərhələli olacağını gözləyirik. İlin sonuna siyasət faiz proqnozumuz 45 faizdir", - bildirib.
Qeyd edək ki, dünən dollar tarixdə ilk dəfə 32 lirəni keçib.
© Marja
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay