Dünya
11.03.2024 / 19:56
Tramp digər ölkələrin dollardan imtinasına imkan verməyəcək
44101
Donald Tramp bu il keçiriləcək prezident seçkilərində qalib gəlsə, bir sıra dövlətlərin de-dollarizasiya yolu ilə getmək istəyinin qarşısını alacaq və Amerika dollarından imtinaya imkan verməyəcək.
Valyuta.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti bu barədə CNBC telekanalının efirində bildirib.
"Ölkələrin dollardan imtina etməsinə icazə verməyəcəyəm", deyə Tramp qeyd edib.
Siyasətçinin fikrincə, Vaşinqton bu standartı itirərsə, "inqilabi müharibəni" itirməli olacaq və ABŞ-a zərbə dəyəcək. Onun fikrincə, ABŞ buna imkan verə bilməz. Keçmiş prezident əlavə edib ki, indi çoxlu ölkə dollardan uzaqlaşmaq üçün mübarizə aparır.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay