Məşhur avtobus şirkəti cərimələnə bilər
Türkiyə-Yaponiya birgə müəssisəsi olan “Anadolu Otomativ Senaye”(AOS) Şirkətinin Azərbaycandakı distribyutoru “Azavtobus” MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi) maddəsi ilə ittiham edilir.
İşə Suraxanı Rayon Məhkəməsində baxılacaq.
Martın 19-na iş üzrə məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Ünsüyyət Mirzəyevanın sədrliyi ilə baxılacaq.
493-cü maddədə fiziki şəxslərin 50 manat, vəzifəli şəxslərin yüz əlli manat, hüquqi şəxslərin isə üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay