"Gələn il soğanın qiyməti bahalaşacaq" - Ekspert rəyi
“Bu il Azərbaycanda kifayət qədər soğan istehsalı olub və üstəlik xarici ölkərdən də idxal olunub. Soğan elə məhsuldur ki, alıcısı olmasa batacaq və sahibini də batıracaq”.
Bunu Valyuta.az-a iqtisadçı ekspert Əli Əlirzayev sosial şəbəkələrdə sahibkarların satılmayan soğan məhsulunun batması ilə bağlı videolarından danışarkən deyib. Ekspert soğanın qiymətinin eyni səviyyədə saxlanılmasının qeyri-mümkün olduğunu qeyd edib:
“Soğan bir az isti yerdə saxlanılanda göyərməyə başlayır, mövsümü xarakter daşıyan məhsuldur. Soğanı istəlinən qiymətə satanda maya dəyərini ödəmir. Bəzi istehsalçılar deyir ki, soğanı heç 10 qəpiyə də sata bilmədik. Alıcı yoxdur, üstəlik qiymət də aşağı düşmür”.
Əli Əlirzayev soğanın qiymətinin aşağı düşməməsinin səbəblərini açıqlayıb:
“Sahibkarlar mövsüm boyu soğanın qiymətini aşağı salmır, eyni qiymətdə saxlayırlar. Soğanı saxlayıb göy zəmiyə döndərilməsini seyr etməkdənsə onu istəlinən qiymətə satmaq olardı. Eyni zamanda, soğanı heyvan da yemir. Soğanın batmaması üçün xaricdən gələn məhsula kvota qoyulmalı idi”.
Ekspert gələn il soğanın qiymətinin baha olacağını vurğulayıb:
“Gələn il sahibkarlar soğan əkməyəcəklər, xaricdən alacaqlar. Onda da baha olacaq. Xaricdən gələn məhsul daxili bazarı sıxışdırırsa onun ölkəyə gətirilməsini dayandırmaq lazımdır”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay