Dünya
05.03.2024 / 22:20
Çin ÜDM-in artım hədəfini 5% müəyyənləşdirdi
43693
Çin hökuməti bu il ölkənin ümumi daxili məhsulunun (ÜDM) artım hədəfini 5% səviyyəsində müəyyənləşdirib.
Valyuta.az xəbər verir ki, bu barədə Çin parlamentinin iclasında baş nazir Li Çianqın təqdim edəcəyi hökumət hesabatında deyilir.
Ötən il hökumət də 5% artım hədəfləyibsə, ilin sonunda bu rəqəm 5,2% olub.
2024-cü il üçün büdcə kəsiri ÜDM-in 3%-i səviyyəsində müəyyən edilib. Ötən il Çinin büdcə kəsiri 1,5% artaraq 5,78 trilyon yuana (təxminən 813 milyard dollar) çatıb. Maliyyə Nazirliyi, gəlirlərin 6,4% (21,67 trilyon yuan və ya 3,05 trilyon dollar), xərclərin isə 5,4% (27,45 trilyon yuan və ya 3,86 trilyon dollar) artdığını bildirib.
Hökumətin hesabatında deyilir ki, Çinin hərbi xərcləri 2024-cü ildə 7,2% artacaq.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay