Gömrük
05.03.2024 / 20:46
Gömrük Komitəsi "AQRO-VEST DC"yə cərimə protokolu yazıb
43679
"AQRO-VEST DC" MMC-nin barəsində cərimə protokolu yazılıb.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. İş hakim Nigar İmanovanın icraatına verilib.
Məhkəmədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin pozulması təsdiqlənərsə, şirkət 1500 manat məbləğində cərimə ediləcək.
Sadiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay